Vergilər ən çox Apple-ı vurdu: Bazar dəyərində tarixi azalma

Vergilər ən çox Apple-ı vurdu: Bazar dəyərində tarixi azalma

Hazırda oxunan: Vergilər ən çox Apple-ı vurdu: Bazar dəyərində tarixi azalma

243244

Texnologiya nəhəngi Apple investorların satış hərəkətindən qaça bilməyib. Şirkətin səhmləri ardıcıl bir neçə gündür ucuzlaşır

Bizim.Media xəbər verir ki, səhmlərinin satışı, Apple-ın bazar dəyərindən cəmi 638 milyard dollar silinməsi ilə nəticələnib. Şirkətin ümumi dəyər itkisi 19 faizə çatıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Analitiklərin fikrincə, Apple qlobal istehsal zəncirinin əhəmiyyətli bir hissəsini Çinə etibar etdiyi üçün ABŞ və Çin arasındakı ticarət müharibəsindən ən çox mənfi təsir görən şirkətlərdən biridir. Çinə tətbiq edilən 104 faizlik tarif Apple məhsullarına birbaşa xərc təzyiqi yaradır.

Apple istehsalının bir hissəsini Hindistan, Vyetnam və Taylanda köçürsə də, bu ölkələr də Prezident Trampın tariflərinə daxildir.

iPhone qiymətləri 350 dollar arta bilər

Bazar ertəsi dərc edilən UBS-in təhlilinə görə, Apple-ın ən yüksək səviyyəli iPhone modellərinin qiyməti 350 dollara qədər arta bilər. Bu o deməkdir ki, hazırda 1199 dollara satılan modelin qiyməti təxminən 30 faiz arta bilər.

Barclays analitiki Tim Long proqnozlaşdırır ki, Apple ya qiymətləri qaldırmalı, ya da səhmbaşına qazancının (dividendinin) 15 faizə qədər azalacağını görəcək. (Marja.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO