Azərbaycanda yeni NƏŞRİYYAT – “Park”ın təqdimatı OLACAQ

Azərbaycanda yeni NƏŞRİYYAT – “Park”ın təqdimatı OLACAQ

Hazırda oxunan: Azərbaycanda yeni NƏŞRİYYAT – “Park”ın təqdimatı OLACAQ

243240

Aprelin 12-i saat 16:00-da Nizami Kino Mərkəzində “Park” Müasir Nəşriyyat Evinin təqdimatı olacaq.

Bizim.Media xəbər verir ki, tədbirdə “Park”ın ilk nəşrləri – Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları oxuculara təqdim ediləcək.
 

Təqdimat mərasimində müəlliflər oxucular üçün kitab imzalayacaqlar.


Qeyd edək ki, Salam Sarvanın müəllifi olduğu kitab şairin ilk nəsr əsəridir.

Seymur Baycanın ikicildliyində isə yazıçının öz seçdiyi publisistik yazıları cəmləşib.

Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” kitabı müqəddəs ziyarətin yazıçı müşahidələri ilə bədii inikasıdır. Bu, Azərbaycanda bədii-publisistik baxımdan həcclə bağlı ilk əsərdir.

Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” isə iki fərqli yaş qrupuna aid olan yazıçının birgə yazdığı hekayələr toplusudur.

Xatırladaq ki, “Park” nəşriyyatının təsisçisi şair Şəhriyar Del Gerani, direktoru yazıçı Vüqar Van, baş redaktoru isə yazıçı Nadir Yalçındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO