Yasamal rayonunda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Xəzər rayonu ərazisində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 3500 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmənin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:08 / 09.04.2025
Çalışdıqları iş yerindən 20 min manatlıq oğurluq etdilər
Hazırda oxunan: Çalışdıqları iş yerindən 20 min manatlıq oğurluq etdilər
Hazırda oxunan: Çalışdıqları iş yerindən 20 min manatlıq oğurluq etdilər
243214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.