Gədəbəydə 3 otaqlı ev külə döndü

Gədəbəydə 3 otaqlı ev külə döndü

Hazırda oxunan: Gədəbəydə 3 otaqlı ev külə döndü

242973

Gədəbəydə yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, belə ki, rayonun İnəkboğan kəndində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konsturksiyaları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Naziyliyinin Gədəbəy rayon Yanğından Mühafizə İdarəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO