Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə bir edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 32 nəfər isə amansızlıqla qətlə yetirilib.
Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq", - deyə paylaşımda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:19 / 08.04.2025
XİN-dən Ağdaban faciəsi ilə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: XİN-dən Ağdaban faciəsi ilə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: XİN-dən Ağdaban faciəsi ilə bağlı PAYLAŞIM - FOTO
242972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.