İş yerində bu musiqiləri DİNLƏMƏYİN – Səhv etmək ehtimalını ARTIRIR

İş yerində bu musiqiləri DİNLƏMƏYİN – Səhv etmək ehtimalını ARTIRIR

Hazırda oxunan: İş yerində bu musiqiləri DİNLƏMƏYİN – Səhv etmək ehtimalını ARTIRIR

242868

ABŞ-ın Ohayo Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, iş yerində “qıcıqlandırıcı” musiqi işçilərdə koqnitiv tükənməyə və onların səhv etməsinə səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Journal of Applied Psychology” (JAP) jurnalında dərc olunub.

Musiqinin məhsuldarlığa və işçilərin psixoloji vəziyyətinə necə təsir etdiyini öyrənmək üçün alimlər 166 könüllünün iştirakı ilə araşdırma aparıb.

Təcrübədən əvvəl iştirakçılar musiqinin həcmi, sürəti, mürəkkəbliyi və emosional məzmunu ilə bağlı öz fikirlərini bildiriblər.
 

Daha sonra iştirakçılardan iki növ musiqi seçimindən birini dinləyərkən yaradıcı tapşırığı yerinə yetirmələri xahiş olunub. İlk pleylistə orta mürəkkəblikdə şən ritmli pop mahnıları daxil edilib. İkinci pleylist isə aşağı səslə çalınan daha yavaş, qaranlıq melodiyalardan ibarət idi.


Nəticələr göstərdi ki, iştirakçılar musiqinin qıcıqlandırıcı olduğunu gördükdə, onlarda zehni yorğunluq hissi ilə qarşılaşma ehtimalı daha yüksəkdir. Xüsusilə də, diqqətini cəmləməkdə çətinlik çəkən şəxslərdə minor notlu musiqilər əhval-ruhiyyəni və performansı aşağı salıb.

Araşdırma nəticəsində o da məlum olub ki, aqressiv kompozisiyaları dinləyərkən insanlar daha ləng fikirləşir, daha tez-tez səhvlərə yol verirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO