Hava kəskin dəyişir: Qar yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Qar yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: Hava kəskin dəyişir: Qar yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

242849

Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd edilib.
 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.


Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO