Şəmkirdə məktəbin damını külək uçurdu: 750 şagird… - FOTO

Şəmkirdə məktəbin damını külək uçurdu: 750 şagird… - FOTO

Hazırda oxunan: Şəmkirdə məktəbin damını külək uçurdu: 750 şagird… - FOTO

242837

Şəmkirdə güclü külək kənd məktəbinin dam örtüyünü uçurub.

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şiştəpə kəndində baş verib.

Bildirilib ki, külək nəticəsində Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyü aşıb.

Yaranmış vəziyyət nəzərə alınaraq şagirdlərin təhsillərinə müvəqqəti olaraq qonşuluqda yerləşən İrmaşlı kənd tam orta ümumtəhsil məktəbində davam etmələri təmin olunub.
 

Qeyd edək ki, Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə kənd sakinləri tərəfindən inşa olunaraq istifadəyə verilib. Hazırda məktəbdə 750 şagird təhsil alır.


Xoşbəxtlikdən hadisə qeyri-iş günü baş verib, dərs zamanı olmadığına görə xəsarət alan yoxdur. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO