Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, NİVA markalı avtomaşının sürücüsü Ağsu rayon istiqamətində hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı edən SHAQMAN markalı yük maşınına çırpılıb.
Nəticədə NİVA-da olan sürücü və sərnişinlər 62 yaşlı Mehbalı Mənsurov, 54 yaşlı Elçin Əliyev və 53 yaşlı Elşən Kazımov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:17 / 06.04.2025
Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - VİDEO
Hazırda oxunan: Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - VİDEO
Hazırda oxunan: Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - VİDEO
242732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.