Dünyada yeni virus təhlükəsi- Fransada fövqəladə vəziyyət elan olundu

Dünyada yeni virus təhlükəsi- Fransada fövqəladə vəziyyət elan olundu

Hazırda oxunan: Dünyada yeni virus təhlükəsi- Fransada fövqəladə vəziyyət elan olundu

242544

Fransada Çikunqunya virusunun yayılması ilə bağlı təcili tədbirlər görülməyə başlanılıb.

Bizim.Media xəbər verir ki, "France Bleu"-nun məlumatına görə, ölkədə "Ağ Plan" adlı fövqəladə vəziyyət tətbiq edilib.
 

Bu plan, tibbi müəssisələrə insan və maddi resursları operativ şəkildə cəlb edərək xəstəliyin yayılmasına qarşı mübarizəni gücləndirmək imkanı yaradır.


2024-cü ilin avqust ayından etibarən, 20 minə yaxın Çikunqunya xəstəliyi halı qeydə alınıb. Üstəlik, virus nəticəsində 86 və 96 yaşlarında iki nəfər həyatını itirib.

Çikunqunya nədir?

Çikunqunya — əsasən Aedes aegypti və Aedes albopictus adlı ağcaqanadlar vasitəsilə yayılan virus mənşəli xəstəlikdir. İlk dəfə 1952-ci ildə Tanzaniyada aşkarlanıb. Virusun adı Tanzaniya dilində “əyilən adam” mənasını verir və bu, xəstəliyin səbəb olduğu şiddətli oynaqlar ağrılarını təsvir edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO