Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

Hazırda oxunan: Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

242494

Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

Bizim.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Zəhra Ramiz qızı Bayramova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən onun əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.

Z.Bayramova Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Bölməsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO