Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana meyvə-tərəvəz yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda baxış keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Qeyd edilib ki, stasionar rentgen qurğusunun təsvirlərində uyğunsuzluq qeydə alındığından avtomobil əsaslı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı nəqliyyat vasitəsindən 4 min 390 kiloqram alma yükünün İran ərazisində boşaldıldığı və yerinə 3 min 600 kiloqram portağal, 630 kiloqram xiyar və 160 kiloqram qarpızın yükləndiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:08 / 04.04.2025
Naxçıvan gömrüyündə bəyan edilməyən meyvə-tərəvəz yükü AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvan gömrüyündə bəyan edilməyən meyvə-tərəvəz yükü AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvan gömrüyündə bəyan edilməyən meyvə-tərəvəz yükü AŞKARLANDI - FOTO
242440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.