Tovuzda yaşayış binasında YANĞIN: Xəsarət alan var – VİDEO

Tovuzda yaşayış binasında YANĞIN: Xəsarət alan var – VİDEO

Hazırda oxunan: Tovuzda yaşayış binasında YANĞIN: Xəsarət alan var – VİDEO

242396

Tovuzda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə södürülüb.


Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 50 kv.m. olan üçotaqlı mənzilin yanar konstruksiyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı köməksiz vəziyyətdə qalmış 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, 7 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, xəsarət almış 1 nəfər isə təcili tibbi yardım briqadasına təhvil verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO