Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa VERİLƏ BİLƏR

Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa VERİLƏ BİLƏR

Hazırda oxunan: Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa VERİLƏ BİLƏR

242343

Xəbər verildiyi kimi Tovuzda itkin düşən 13 yaşlı qız tapılıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.S.-nin yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib. 

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, yeniyetmə az öncə ailəsinə təhvil verilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Tovuzda itkin düşən və bir gün sonra Gəncədə tapılan yeniyetmə reablitasiya keçməsi üçün müvəqqəti olaraq sığınacaqlardan birinə veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Tovuzda itkin düşən məktəbli TAPILDI


Yeniyetmənin psixoloji durumu yerində olmadığı üçün ona psixoloji yardımlar da olunacaq. Artıq aidiyyəti qurumlar məlumatlandırılıb və məsələ nəzarətə götürülüb. 

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. İki gün idi onun axtarışları davam edirdi.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO