Şuşada qala divarları qorunub saxlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə APAya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Şuşanın Baş Planında qala divarlarının yer almadığı iddia olunub, bununla bağlı fotolar da yayılıb.
Dövlət Komitəsindən isə bildirilib ki, Şuşa şəhərinin Baş Plan layihəsi çərçivəsində şəhərin memarlıq üslubuna dair müxtəlif konseptual həllər işlənib:
“Bu həllər şəhərin perspektiv inkişaf dövründə icra olunacaq memarlıq layihələri üçün istiqamətverici rol oynayır. Qala divarları da daxil olmaqla, Şuşa ərazisində mövcud olan və dövlət mühafizəsinə götürülmüş bütün daşınmaz tarix və mədəniyyət abidələrinin qorunub saxlanması baş planda nəzərə alınıb”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 03.04.2025
Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO
Hazırda oxunan: Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO
Hazırda oxunan: Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO
242178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.