Zaqatalada məktəbli bıçaqlanıb. Hadisə ötən gün axşam rayonun Əliabad qəsəbəsində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.
Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
N.Z-nin Əliabad tam orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun verdiyi məlumata əsasən 16 yaşlı yeniyetməyə xəsarət yetirən şəxs saxlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:28 / 03.04.2025
Zaqatalada 11-ci sinif şagirdi bıçaqlandı
Hazırda oxunan: Zaqatalada 11-ci sinif şagirdi bıçaqlandı
Hazırda oxunan: Zaqatalada 11-ci sinif şagirdi bıçaqlandı
242171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.