Bakıda sığınacaqda virusa yoluxan uşaqların SON DURUMU

Bakıda sığınacaqda virusa yoluxan uşaqların SON DURUMU

Hazırda oxunan: Bakıda sığınacaqda virusa yoluxan uşaqların SON DURUMU

242070

Xatırladaq ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşağın rotavirusa yoluxması ilə bağlı məlumat verilmişdi.

Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında bildirib ki, virus ürəkbulanma, qusma, yüksək temperaturla başlayır və bəzi uşaqlarda burun qanaması, ishal kimi əlamətlərlə müşahidə olunur.

“Bu vəziyyət ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır, bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hal hazırda vəziyyətləri orta ağır olduğundan 2 uşaq xəstəxanadadır. Digər 6 uşaq həkimlərin yazdığı təyinatlar  əsasında sığınacaqda müalicə alır. Vəziyyətləri stabilləşməyə doğru gedir”- deyə o, bildirib.

Xəstəxanaya yerləşdirilən uşaqların səhhəti ilə bağlı TƏBİB-dən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına mövsümi xarakter daşıyan yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri səbəbilə 2 uşaq hospitalizasiya olunub.

31.03.2025-ci il tarixində xəstəxanaya yerləşdirilən iki uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO