Şəhidin bacısı dünyaya gəldi – VİDEO

Şəhidin bacısı dünyaya gəldi – VİDEO

Hazırda oxunan: Şəhidin bacısı dünyaya gəldi – VİDEO

242027

2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı şəhid olan İqbal Rzayevin bacısı dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 

Həmçinin şəhid bacısının doğum evindən çıxışını əks etdirən görüntülər yayılıb. Ailə yeni övladının gəlişini yaxınları ilə birlikdə qeyd edib.


Xatırladaq ki, şəhid İqbal Rzayev 2004-cü ildə Ağdaş rayonunda dünyaya gəlib. 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İ. Rzayev ailənin yeganə oğul övladı olub. Yeni dünyaya gələn körpə ailənin ikinci qızıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO