Günün ikinci yarsından başlayaraq Şəki-Zaqatala rayonlarında hava kəskin dəyişib, külək əsib, yağış yağıb. Axşama doğru isə külək daha da şiddətlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, külək Qaxda fəsad törədib.
Külək daha çox rayonun Qaşqaçay yaşayış məntəqəsi ərazisində özünü biruzə verib. Belə ki, kənd sakini Günay Quliyevaya məxsus 100 kvadratmetrdən artıq mal tövləsinin dam örtüyünü külək dağıdaraq yararsız vəziyyətə salıb. Təbii fəalkət nəticəsində mal-qaraya xəsarət dəyməsə də tövlə boşaldılıb, mal-qaranın saxlanması məqbul sayılmayıb.
Bu dəqiqələrdə bölgə rayonlarında küləyin sürəti azalsa da qeyri-sabit, buludlu hava şəraiti davam edir. Belə hava şəraitinin sabaha kimi davam etməsi gözlənilir.
Tural Rasimoğlu. Bizim.Media, Şimal-Qərb bürosu