Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Dadaşovun qızı Pərvanə Dadaşova Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən şikayətçidir.
Bizim.Media xəbər verir ki, sənətçinin qızı “unikal”-a atası Fəxrəddin Dadaşovun səhhətinin pisləşməsi ilə əlaqədar dəfələrlə təcili yardıma müraciət etsələr də, onlara kömək edən olmayıb:
"Atam bir müddət əvvəl insult keçirib. Ondan sonra iki dəfə evdə yıxılıb. Bütün gün halsız vəziyyətdə yatır. Şiddətli baş ağrıları və daxili orqanlarında ciddi problemləri var. Onkoloji xəstəliyi də mövcuddur. Atam günü-gündən əriyir. Əvvəl heç olmasa su içirdi. İndi heç su da içə bilmir.
Vəziyyəti ağır olduğu üçün dəfələrlə xəstəxanaya yerləşdirilməsi ilə bağlı təcili yardıma müraciət etmişik. Atam göz görə-görə ölür.
Təcilli yardım isə bizə bildirir ki, xəstəxanalarda yer yoxdur, gözləyin boşalsın. Bizə deyirlər ki, xəstəxanaya aparsanız nə olacaq? Orada xəstəyə baxan olmayacaq. Budur bizim səhiyyəmiz?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, atam, Xalq artisti, Prezident təqaüdçüsü Fəxrəddin Dadaşova köməklik göstərilməsi ilə bağlı tapşırıq versin", - deyə o qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:26 / 30.03.2025
"Atam göz görə-görə ölür" - Xalq artistinin qızı
Hazırda oxunan: "Atam göz görə-görə ölür" - Xalq artistinin qızı
Hazırda oxunan: "Atam göz görə-görə ölür" - Xalq artistinin qızı
241604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.