"Zəfər" ordenli polkovnikə ağır itki

"Zəfər" ordenli polkovnikə ağır itki

Hazırda oxunan: "Zəfər" ordenli polkovnikə ağır itki

241385

Azərbaycan Ordusunun polkovniki, Vətən müharibəsi iştirakçısı Elşən Qapaqovun anası vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Mərhum martın 29-da Qazax rayonunun Çaylı kəndində dəfn olunacaq.

Yas mərasimi martın 31-də Çaylıda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən E.Qapaqov "Zəfər" ordeni ilə təltif olunub.

O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO