Saç boyaları sonsuzluğa səbəb olur?

Saç boyaları sonsuzluğa səbəb olur?

Hazırda oxunan: Saç boyaları sonsuzluğa səbəb olur?

241352

Çexiyada aparılan araşdırmalar zamanı bəzi saç boyalarının sonsuzluğa səbəb olduğu aşkarlanıb.

Məlumata görə, onların tərkibində reproduktiv sağlamlıq üçün təhlükəli olan lilial adlı toksik aldehid var.

Qeyd edək ki, tərkibində lilial adlı maddə aşkarlanan saç boyaları 2023-cü ildən etibarən Avropa İttifaqı ölkələrində zərərli təsirinə görə qadağan olunub.

Bu toksik maddə sonsuzluqla yanaşı, baş dərisində müəyyən problemlərə də yol açır.

Bizim.Media xəbər verir ki, Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında "Saç boyaları seçərkən nəyə diqqət edirsiniz?" sualı ilə sorğu keçirib.

Sakinlər "Saç boyasının markasına xüsusi diqqət yetirirəm", "Seçməkdə çətinlik çəkirəm.

Keyfiyyətinin necə olacağını bilmirəm", "Uzun saçım var idi. Salonlarda boyana-boyana pis vəziyyətə düşdü" kimi fikirlər səsləndiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO