Şəkinin Şəhidlər bulağına su niyə gəlmir? – “Azərsu”dan AÇIQLAMA

Şəkinin Şəhidlər bulağına su niyə gəlmir? – “Azərsu”dan AÇIQLAMA

Hazırda oxunan: Şəkinin Şəhidlər bulağına su niyə gəlmir? – “Azərsu”dan AÇIQLAMA

24118

Şəkidə 20 yanvar şəhidlərinin xatirəsinə salınmış Şəhidlər bulağına illərdir ki, su gəlmir. 

Bu barədə Bizim.Media-ya Şəki sakinləri məlumat verib. Dediklərinə görə rayonun Mirzə Fətəli Axundov küçəsiylə İsmayıl bəy Nakam küçəsinin kəsişməsində yerləşən bulağın nə suyu gəlir, nə də kranları qalıb. Halbuki su xətti bulağın düz qarşısından keçir. 

Sakinlər bildirib ki, dəfələrlə bununla bağlı Şəki Rayon icra Hakimiyyətinə şikayət etsələr də, qurum problemin “Azərsu” ASC tərəfindən layihə çərçivəsində həll olunacağını əsas gətirib.

“Azərsu” isə nə problemi həll edib, nə də çözülməsi üçün icra hakimiyyəti çaba göstərib. 

Məsələ ilə bağlı iki gün əvvəl “Azərsu” ASC ilə əlaqə yaratmışdıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı məsələnin araşdırıldığını və Şəkidən onlara cavab gələcəyini bildirmişdi. 

Bir qədər əvvəl Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında yerli qurumlarla birgə bulağa sayğac quraşdırıldığını və suyun təmin olunduğunu deyib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO