Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Təəccübləndirən GÖRÜNTÜLƏR - VİDEO

Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Təəccübləndirən GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Təəccübləndirən GÖRÜNTÜLƏR - VİDEO

241056

Mingəçevirdə vəfat edən bir insana eyni qəbiristanlıqda iki fərqli yerdə başdaşının qoyulması görənləri təəccübləndirib.

Bizim.Media "oxu.az"a istinadən xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığında baş verib.

Qeyd olunub ki, qəbiristanlıqda dəfn olunan Cavad Yəhya oğlu Qurbanzadəyə həm ailəsi, həm də dostları tərəfindən fərqli yerlərdə başdaşı qoyulub.

"Dəfndə özüm də iştirak etmişəm. Cavad qardaşının yanında dəfn olunub və ailəsi adından ona başdaşı qoyulub. Sonra isə bir qədər aralıda Cavadın şəkli olan daha bir başdaşı qoyulub. Orada isə başdaşının dostları tərəfindən qoyulduğu yazılıb", - deyə hadisə şahidi bildirib.

Məsələyə münasibət öyrənmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti və bələdiyyə ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO