Gəncədə suşidən zəhərlənənlərin SON DURUMU

Gəncədə suşidən zəhərlənənlərin SON DURUMU

Hazırda oxunan: Gəncədə suşidən zəhərlənənlərin SON DURUMU

240770

Gəncədə suşidən zəhərləndiyi ehtimal olunan 3 nəfərin son durumu açıqlanıb.

TƏBİB-dən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 23.03.2025-ci il tarixində saat 20:00 radələrində 3 nəfər (1 kişi, 2 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. 

Pasiyentlərə kəskin qastritin əlaməti diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, dünən Gəncə şəhərində T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların suşidən zəhərləndikləri ehtimal olunur.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO