“WhatsApp” əfsanəvi funksiyanı geri gətirir

“WhatsApp” əfsanəvi funksiyanı geri gətirir

Hazırda oxunan: “WhatsApp” əfsanəvi funksiyanı geri gətirir

240675

MSN-in əfsanəvi xüsusiyyətlərindən biri olan “Mən nə dinləyirəm?” funksiyası “WhatsApp”da da istifadəyə verilir.

Bizim.Media xəbər verir ki, “WhatsApp” yeni funksiyanı “Spotify” vasitəsilə istifadəyə verir.

Yeni funksiya ilə istifadəçilər status yeniləmələri vasitəsilə dinlədikləri mahnıları paylaşa biləcəklər.
 

Paylaşılan mahnının adı və ifaçısı status bölməsində göstəriləcək. Onu dinləmək istəyənlər bir kliklə “Spotify” vasitəsilə treki əldə edə biləcəklər. Bu funksiya hələlik bütün istifadəçilər üçün əlçatan deyil.


Qeyd edək ki, bir vaxtlar internetin ən məşhur mesajlaşma platforması olan MSN 2013-cü ildə “Microsoft” tərəfindən bağlanıb.  (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO