Astarada şaxta sitrus baglarını MƏHV ETDİ - FOTO

Astarada şaxta sitrus baglarını MƏHV ETDİ - FOTO

Hazırda oxunan: Astarada şaxta sitrus baglarını MƏHV ETDİ - FOTO

240557

Bu il qışın sərt keçməsi Astara rayonunda sitrus bağlarına, xüsusilə limon ağaclarına ciddi təsir edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şaxta nəticəsində ağaclar quruyub, yarpaqlar saralıb, meyvələr isə çürüyüb.

Fermerlər bildirirlər ki, onlara orta hesabla 4-5 min manat ziyan dəyib.

Fermer Zəbiəli Əliyev ağacların sığortalanmadığına görə maddi itki ilə üzləşdiklərini deyib:

“İllərdir belə şaxta görməmişdim. 10-15 illik ağaclarım tələf oldu, kəsməyə məcbur qaldım. Əgər sığortalasaydım, dəymiş ziyanı qarşılamaq olardı”.

Bioloq Yunus Qulamovun sözlərinə görə, qış şaxtaları normal olsa da, yanvar ayından sonra baş verən donvurmalar ağaclara daha çox ziyan vurur: “Şirə hərəkətə başlayanda soyuqlar bitkilərə mənfi təsir edir. Bu da məhsuldarlığın azalmasına səbəb olur”.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov fermerlərə dəfələrlə sığorta barədə xəbərdarlıq edildiyini bildirib: “Sığorta könüllüdür, ona görə də sığortalanmayan bağ sahibləri dövlət dəstəyindən yararlana bilmir”.

Qeyd edək ki, Astara rayonunda 4563 hektar sitrus bağları mövcuddur və onların əksəriyyəti 2018-ci ildən sonra salınıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO