Tahir İmanov ad gününün vaxtını dəyişdi

Tahir İmanov ad gününün vaxtını dəyişdi

Hazırda oxunan: Tahir İmanov ad gününün vaxtını dəyişdi

2404

“8 noyabr tarixində mən yenidən doğuldum. Yəqin ki, dünəndən sonra mənim doğum günüm məhz bu tarix olacaq”. 

Bizim.Media ilə Şuşa sevincini bölüşən əməkdar artist Tahir İmanov belə deyib: 

“Dünən bütün günü ağlamışıq, sevinmişik. Bilirsiz, torpaqlarımız işğalda olanda sevinə bilmirdik. İçimizdə Qarabağ nisgili var idi. Amma indi güclü ordumuz və ali baş komandanımız sayəsində üzümüz gülür, gözlərdən sevinc göz yaşı axır”.

Əməkdar artist deyir ki, bizim iş yerində, evdə hər yerdə Şuşa var idi: 

“Rəsm əsərlərinin əvəzinə, yerində Şuşanı əks etdirən tarixi rəsmlər asmışam. Axı yeni nəsil, Süleyman Ələsgərov nəticləri böyüyür. Şoruşanda ki, bura haradır? Deyək ki, əzizlərimiz, bura sizin tarixi yurdunuz, Şuşadır! Sağ olsun Ali Baş Komandan, artıq hamımız yurdlu-yuvalı olduq. Böyük fəxarətdir” 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO