Bakıda AİLƏ FACİƏSİ: Ana, qızı və nəvəsi yanaraq dünyasını dəyişdi

Bakıda AİLƏ FACİƏSİ: Ana, qızı və nəvəsi yanaraq dünyasını dəyişdi

Hazırda oxunan: Bakıda AİLƏ FACİƏSİ: Ana, qızı və nəvəsi yanaraq dünyasını dəyişdi

240068

Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.
 

Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb.


Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO