Şəkidə yüksək dağlıq ərazidə yanğın BAŞLADI - FOTO

Şəkidə yüksək dağlıq ərazidə yanğın BAŞLADI - FOTO

Hazırda oxunan: Şəkidə yüksək dağlıq ərazidə yanğın BAŞLADI - FOTO

240007

Şəkidə yüksək dağlıq ərazidə yanğın başlayıb. Yanğın hadisəsi Şəkinin Baş Şabalıd kənd inzibati ərazisinin yaxınlığında çətin relyefi yüksək dağlıq-meşəlik ərazidə müşahidə edilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, havanın bir qədər küləkli olması yanğınn genişlənməsini, alovun yayılmasını sürətləndirir. 

Yanğının söndürülməsi məqsədi ilə əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikası, canlı qüvvəsi səfərbər olunub.

Eyni zamanda Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, Baş Şabalıd, Baş Göynük, Şin və Baş laysqı kəndlərindən sakinlər də yanğının söndürülməsinə cəlb edilib.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO