Havada karbon qazı REKORD həddə çatdı - SOS 

Havada karbon qazı REKORD həddə çatdı - SOS 

Hazırda oxunan: Havada karbon qazı REKORD həddə çatdı - SOS 

23997

May ayında dünya atmosferindəki karbon 4 oksidin nisbəti rekord həddə çatıb. 

ABŞ Scripps Okean Elmləri İnstitutu ilə Milli Okean və Atmosfer İdarəsinin araşdırmasına görə, karbon 4 oksid 63 ilin ən yüksək səviyyəsinə çatıb. Karbon 4 oksid konsentrasiyasının milyonda 419 parçaya çatdığı qeyd edilib.

"Hər il atmosferdə daha çox karbon 4 oksid yığıldığından, yüksəlişi dayandırmaq üçün önümüzdə hələ uzun bir yol var. Getdikcə əsla çatmaq istəməyəcəyimiz bir nöqtəyə doğru irəliləyirik" – deyə, İdarənin səlahiyyətlisi Ralph Keeling xəbərdarlıq edib. O, bu il ərzində konsentrasiyanın 420 PPM-i keçəcəyinin gözlənildiyini deyib. 

Qeyd edək ki, Paris İqlim Razılaşması uyğun olaraq mütəxəssislər gələcək 10 ildə hər il emissiyanın 2 milyard tona qədər azaldılmasına ehtiyac olduğunu bildirirlər.

Keçən il isə pandemiya və karantin tədbirlərinin nəticəsində avtomobillərdən istifadənin azalması nəticəsində isə karbon emissiyası 7% geriləmişdi ki, bu İkinci Dünya Müharibəsindən sonrakı ən böyük illik azalma olub. 

AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, indiki halda bu artımın insan orqanizminə, canlı aləmə təsirləri araşdırılmalıdır: 

“Bu artımı siqnal olaraq qəbul etmək lazımdır. Bu  insanları Yerin otmosferi haqqında düşünməyə vadar etməlidir. Yerin təbii coğrafi mühiti - otmosferi, hidrosferi, biosferi elə bir balansdadır ki, onun cuzi olaraq belə dəyişilməsi svilizasiya üçün bir siqnaldır”.

Ənvər Əliyev hazırda bir sıra dövlətlərdə otmosferin çirklənməsinə ciddi yanaşmadığını deyib: 

“Həyata gələn hər bir uşaq bütünlükdə təbii coğrafi mühitə problemlər gətirir. Əhali artdıqca, təbii olaraq problemlər də çoxalır ki, bu qaçılmazdır. Əlavə olaraq əhali artımı antropogen təsirlərin – zavod, fabrik, maşınların təsirinin də artmasına gətirib çıxarır. Ona görə də planetdə istehsalın artımına, yeni texnologiyalardan, yanacaq növlərindən istifadəyə fikir vermək, ümumilikdə planetin gələcəyi haqqında ciddi şəkildə fikirləşmək lazımdır”.    

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO