Fövqəladə Hallar Nazirliyi (FHN) İlaxır çərşənbə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Xüsusi təmtəraqla qeyd olunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:33 / 18.03.2025
Bu gün tonqal qalayanların NƏZƏRİNƏ - VİDEO
Hazırda oxunan: Bu gün tonqal qalayanların NƏZƏRİNƏ - VİDEO
Hazırda oxunan: Bu gün tonqal qalayanların NƏZƏRİNƏ - VİDEO
239868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.