Bu gün Cəlilabad rayonunun Uzuntəpə kəndindən Günəşli kəndinə gedən yolda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lerik rayon sakininin idarə etdiyi Mercedes-Benz markalı minik avtomobili idarəetməni itirərək yol üzərindəki körpüdən aşıb və çaya düşüb.
Qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ərazidən çıxarılaraq dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu