“Qoy mən də öyrənim ki, maaşla məmur necə milyonçu olur?”

“Qoy mən də öyrənim ki, maaşla məmur necə milyonçu olur?”

Hazırda oxunan: “Qoy mən də öyrənim ki, maaşla məmur necə milyonçu olur?”

23979

“Ürəyim yanır, danışıram. Mənə istisnalar olmaqla sahə göstərilsin ki, orada rüşvət, özbaşınalıq və libasını dəyişmiş korrupsiya yoxdur. Desinlər görək harada büdcə talançılığı yoxdur, oğurluq yoxdur. Qoy desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqımla dolanıram, sərvətim aylıq maaşım əsasında formalaşıb”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bügünkü çıxışında deputat Razi Nurullayev deyib. 

Deputat bildirib ki, məmur maaşla milyonçuya çevrilir:

“Qoy mən də öyrənim onu, qoy vətəndaşlar da öyrənsin ki, maaşla məmur necə milyoner olur?!  Min, on min, yüz min hektarlarla torpaq sahəsinin sahibi necə olur, meşələri, dənizi hasarlayır, əməkhaqqı ilə onlarla, yüzlərlə mülk, zavod, fabrik sahibi olur, maaşla xaricdə adaları necə alır axı? Bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir, normal və ədalətli həyat istəyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO