“Facebook”da yaşlı kişiyə qadın adı ilə yazdı və...

“Facebook”da yaşlı kişiyə qadın adı ilə yazdı və...

Hazırda oxunan: “Facebook”da yaşlı kişiyə qadın adı ilə yazdı və...

239685

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Misir Balayevin (ad, soyadı şərti)  barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

İttihama görə, Misir Balayev 2023-cü ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsində zərərçəkmiş Mahir Babaşova (ad, soyadı şərti) mesaj yazıb özünü qadın kimi təqdim edib. O, zərərçəkmiş şəxsi özünün qadın olmasına inadıraraq tanış olduqdan sonra 01 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonunun girişində Mahir Babaşovla görüşüb. Misir zərərçəkmişin maşınına əyləşib.
 

Bu zaman Mahir onun qadın olmadığını öyrənib. Zərərçəkmiş şəxs avtomobili Füzuli rayonu, Qayıdış qəsəbələrinin yaxınlığındakı dərəyə sürüb. Sonra Misir onunla intim münasibətə girməsini təklif etdikdə, zərərçəkmiş şəxs razılaşmayıb. Daha sonra təqsirləndirilən şəxs avtomobildən düşərək uca səslə “polisə şikayət edəcəyəm ki, sən məni zorlamısan” deyə qışqırmağa başlayıb. Mahir də ondan qorxub.


Misir ona 5000 manat pul verməyəcəyi təqdirdə barəsində polisə şikayət edəcəyini və evinə gedərək barəsində rüsvayedici məlumatları ailə üzvlərinə yayacağı barədə hədə-qorxu gəlib. Beləliklə, Misir şantaj yolu ilə ondan ümumilikdə 12900 manat pul alıb.

Sonradan Mahir Babaşov bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib və Misir Balayev saxlanılıb. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib. 

Məhkəmə ifadəsində nəvələri olduğunu bildirən Misir Balayev deyib ki, təqsirləndirilən şəxs onu şantaj edərək 12900 manat pul alıb. Təqsirləndirilən şəxsin anası epilepsiya xəstəsi olduğu üçün 3000 manat pulu keçib.. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilib. (Pravda.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO