Müştərinin maşınını qaçıran “moyşik” məhkəmə zalında HƏBS EDİLDİ

Müştərinin maşınını qaçıran “moyşik” məhkəmə zalında HƏBS EDİLDİ

Hazırda oxunan: Müştərinin maşınını qaçıran “moyşik” məhkəmə zalında HƏBS EDİLDİ

239674

Ucar Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən İlkin Hacıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs olunub. 

İttihama görə, hadisə 04 mart 2024-cü il tarixdə, saat 14 radələrində Ucar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İlkin Hacıyev işlədiyi avtoyuma məntəqəsində olarkən Ucar şəhər sakini Səlim Bayramov (soyadı şərti) atasına məxsus “Mercedes Benz” markalı avtomobili yuyulması üçün ora gətirib.

Sonra təqsirləndirilən şəxs maşını talama məqsədi olmadan qanunsuz ələ keçirmək üçün sürücünün açarları avtomobilin üzərinə qoyub getməsindən istifadə edib.

O, mühərriki işə salaraq nəqliyyat vasitəsini avtoyuma məntəqəsinin ərazisindən kənara çıxarıb Ucar şəhəri, Heydər Əliyev prospekti ilə idarə edib.
 

Bu zaman İlkin qəfil idarə etməni itirərək maşını yol kənarındakı divara çırpıb. Nəticədə avtomobilin arxa oturacağında əyləşmiş sərnişinin xəsarətlər alıb və zərərçəkmiş şəxsə isə 11000 manat maddi ziyan dəyib. 


Hadisədən sonra İlkin Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO