Ənvər Həsənov dəfn yeri üçün vəsiyyət edibmiş

Ənvər Həsənov dəfn yeri üçün vəsiyyət edibmiş

Hazırda oxunan: Ənvər Həsənov dəfn yeri üçün vəsiyyət edibmiş

239655

Xalq artisti Ənvər Həsənov Buzovnada yerləşən qəbirstanlıqda dəfn ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Musavat.com-a ailənin yaxını məlumat verib.

Bildirilib ki, aktyor həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edibmiş.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb.

Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO