“Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak etmək üçün müəllimlər minimum 3 il pedaqoji təcrübəyə malik olmalıdırlar. Çalışmanın yaş həddinə çatmamış müəllimlər bu prosesdə iştirak edə bilərlər”.
Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev bildirib.
O qeyd edib ki, sertfikatlaşdırma prosesində hamilə xanımlar, sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sorna 1 il pedaqoji təcrübəni tamamlamamış müəllimlər, hazırda müddətli əsaslarla işləyən və çalışmanın yaş həddinə çatmış müəllimlər bu prosesdən azaddırlar:
“Eyni zamanda 60 yaşın üzərində olan müəllimlər üçün bu proses könüllü şəkildə həyata keçirilir. Yəni prosesdə iştirak edib-etməmək qərarını özləri verirlər. Əlavə olaraq 3 dəfə prosesdən keçmiş müəllimlərimiz də sertifikatlaşdırmadan azad olacaqlar”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:04 / 12.03.2025
Bu müəllimlər sertifikasiyadan azaddırlar – RƏSMİ
Hazırda oxunan: Bu müəllimlər sertifikasiyadan azaddırlar – RƏSMİ
Hazırda oxunan: Bu müəllimlər sertifikasiyadan azaddırlar – RƏSMİ
238895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.