Qiyməti “cib yandıran” süni uşaq qidaları niyə Azərbaycanda İSTEHSAL OLUNMUR?

Qiyməti “cib yandıran” süni uşaq qidaları niyə Azərbaycanda İSTEHSAL OLUNMUR?

Hazırda oxunan: Qiyməti “cib yandıran” süni uşaq qidaları niyə Azərbaycanda İSTEHSAL OLUNMUR?

238807

Uşaqların inkişafı, sağlamlığı üçün ana südü çox əhəmiyyətlidir. Lakin müxtəlif səbəblərdən bəzi analar körpələrini ana südü ilə qidalandıra bilmirlər. Buna görə də süni uşaq qidalarından istifadə edirlər.

Ölkəmizdə müxtəlif çeşiddə və qiymətdə süni uşaq qidaları satılır. Tez-tez də bu qidaların qiymətində artım qeydə alınır.

Son bir ayda yenidən uşaq qidalarının qiyməti bahalaşıb. Hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən, ən bahalısı isə 120 manata alıcılara təklif olunur.

Valideynlər övladları üçün keyfiyyətli qida almağa üstünlük versələr də buna maddi gücləri çatmır. Mütəxəssislər isə bahalaşmanın idxalla bağlı olduğunu bildirirlər.

Bəs Azərbaycanda süni uşaq qidaları niyə istehsal olunmur? Xammalını idxal etməklə istehsalı mümkündürmü?

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bizim.Media-ya deyib ki, sahibkarlar süni uşaq qidaları istehsal edə bilərlər:

“Nəzəri olaraq bu mümkündür. Bunu sahibkar etməlidir, çünki dövlət sahibkarlıqla məşğul olmur. Hər kəs də potensial sahibkardır”.

Bəs niyə etmirlər, sualına gəldikdə isə iqtisadçı bunu bazarın kiçik olması ilə əlaqələndirib:

“Azərbaycanda bu cür bizneslərin qurulmasında ən böyük problem bazarın kiçikliyidir. Çünki bu istehsalı qurmaq milyonlarla pul, investisiya tələb edir. Sahibkar bir işə investisiya qoyanda da o investisiyanı bir neçə ilə çıxarmağa çalışır. Ona görə də müəyyən minimal satış həcmləri lazım olur. Azərbaycanın bazarı balaca olduğuna görə, bunu təmin etmək mümkün olmur. Sahibkar kiçik marja ilə on illər gözləməli olduğu üçün bazara girmək istəmir. Çünki çox uzun müddət tələb edən investisiyalar risklidir. Qiymətləri baha eləməklə qoyulan investisiyanı tez çxarmaq da uğurlu olmur. Çünki məhsul baha olduqda müştərilər sərf etmədiyi üçün almırlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO