Qazaxıstanda mütəşəkkil cinayətkar qrupun tərkibində 56 böyrəyi satdığına görə 12 il həbs cəzasına məhkum edilən ukraynalı qadın Polşada saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Polşa prokurorluğu yayıb.
Mənbə qeyd edir ki, 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasında dəmiryol keçidində İnterpolun “qırmızı xəbərdarlığı” altında saxlanılıb.
Kseniya P. 2020-ci ildən İnterpol tərəfindən axtarışa verilib. O, Qazaxıstana ekstradisiya olunacaq.
Qadın 2017-2019-cu illər arasında qeyri-qanuni yolla insanların toxuma və orqanlarını çıxararaq qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub. Dəstənin qurbanları arasında Qazaxıstan, Azərbaycan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olanlar da olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:07 / 11.03.2025
Azərbaycanlıların böyrəklərini satan ukraynalı qadın TUTULDU
Hazırda oxunan: Azərbaycanlıların böyrəklərini satan ukraynalı qadın TUTULDU
Hazırda oxunan: Azərbaycanlıların böyrəklərini satan ukraynalı qadın TUTULDU
238802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.