Bakıda sürücünün bir neçə nəfər tərəfindən döyülməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

Bakıda sürücünün bir neçə nəfər tərəfindən döyülməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

Hazırda oxunan: Bakıda sürücünün bir neçə nəfər tərəfindən döyülməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

238773

Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.

Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.

Məlumata görə döyülən şəxs “TikTok” istifadəçisi olub. Sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.

Xatırladaq ki, hadisəyə görə 3 nəfər (Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov) məsuliyyətə cəlb edilib. Onlar barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məsuliyyətə cəlb edilən şəxslər ticarətlə məşğul olan şəxslərdir, daha əvvəl cinayət məsuliyyətinə cəlb edilməyiblər. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO