“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın məlum çıxışından 27 il sonra Prezident İlham Əliyev Qarabağ problemini əbədi həll etdi”.
Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbəri, Milli Məclisin üzvü Əziz Ələkbərli Sosial Tədqiqatlar Mərkəzi (STM) və QAİ-nin birgə təşkilatçılığı ilə keçirilən "Deportasiyaya uğrayan irsin izi ilə" elmi-praktik konfransda deyib.
O, qeyd edib ki, Cənubi Qafqaza ermənilərin köçürülməsinə, yəni XIX əsrə qədər bu regionda ermənilərə aid bir mülk də olmayıb:
"Tarixdə bu barədə heç bir məlumat yoxdur. Ona görə erməni yalanlarını ifşa edərək, həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq lazımdır.
Araşdırmalar göstərdi ki, ermənilərin İrəvandakı "Təpəbaşı" yaşayış məntəqəsindəki tarixi irsimizi yer üzündən silmək cəhdləri hələ də davam edir.
Ona görə də qayıdışa aid sanballı əsərlərin ortaya qoyulması çox vacib məsələdir". (Report)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:17 / 11.03.2025
XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb - Əziz Ələkbərli
Hazırda oxunan: XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb - Əziz Ələkbərli
Hazırda oxunan: XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb - Əziz Ələkbərli
238720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.