Aİ-nin Ermənistandakı missiyasından Qubadlı ilə sərhəddə növbəti TƏXRİBAT -VİDEO

Aİ-nin Ermənistandakı missiyasından Qubadlı ilə sərhəddə növbəti TƏXRİBAT -VİDEO

Hazırda oxunan: Aİ-nin Ermənistandakı missiyasından Qubadlı ilə sərhəddə növbəti TƏXRİBAT -VİDEO

238712

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Bizim.Media xəbər verir ki, Aİ müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Praqada əldə olunan razılaşmaya görə missiyanın fəaliyyət müddəti cəmi 2 ay olmalı idi. Ancaq onlar verdikləri sözlərə əməl etmədilər. Nə dedikləri vaxtda missiyanı başa vurdular, nə də söz verdikləri istiqamətdə fəaliyyət göstərdilər.

“Söz namusdur” anlayışına xəyanət edən Aİ kəşfiyyatçıları “xristian həmrəyliyi” ideyalarını, səlibçi təfəkkürünü rəhbər tutaraq “qardaşlarını qorumaq” üçün sərhədimizə qədər gəliblər. Çünki dostları zəifləyib və artıq torpaqlarımızı işğal edə bilmirlər.

Göründüyü kimi, onlar sərhədimizə nə dost, nə də tərəfdaş kimi gəliblər. Olsun. Əgər onlar özlərini bizim düşmənimiz adlandırırlarsa, biz buna hazırıq.

Ancaq bir vacib məsələni unutmasınlar. Biz də onların hər addımını izləyirik...


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO