Həmkəndlisini güllələyən şəxslə bağlı QƏRAR VERİLDİ

Həmkəndlisini güllələyən şəxslə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Həmkəndlisini güllələyən şəxslə bağlı QƏRAR VERİLDİ

238703

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xalid Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə 20 iyun 2024-cü il tarixdə saat 00:10 radələrində Kürdəmir rayonu, Carlı kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan şəxsi mübahisə zəminində kənd sakini Xalid Abdullayev həmkəndlisi olan tanışı Rüstəm Məmmədova ov tüfəngi ilə atəş açaraq ona ağır bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Xalid Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO