İsrail səfiri Zəngilandan paylaşım etdi - VİDEO

İsrail səfiri Zəngilandan paylaşım etdi - VİDEO

Hazırda oxunan: İsrail səfiri Zəngilandan paylaşım etdi - VİDEO

23843

İsrailin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad olunmuş Zəngilanda olub.

Bizim.Media-nın xəbərinə görə, İsrail səfirliyi "Twitter" hesabında səfirin Zəngilandan olan videomüraciətini yayıb.

Səfir qeyd edib ki, hazırda bu torpaqlarda heç nə yoxdur, lakin bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq məkanı olacaq.

"İsraildə dediyimiz kimi heç bir şey olmadığı yerdə hər şey mümkündür. Mənim arxamda... Azərbaycan məhz burada İsrail şirkətinin süd təsərrüfatı quracağı ərazilərdə ilk olaraq ağıllı şəhər yaradacaq. Burada İsrail texnologiyasından istifadə edilərək süd istehsal olunan bir yer yaradılacaq. Sonra məhsullar yanındakı İtaliya fabrikinə veriləcək və İtaliya fabriki pendir və digər süd məhsulları istehsal edəcək", - deyə səfir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO