2030-cu ildə Ramazan bayramı iki dəfə qeyd OLUNACAQ

2030-cu ildə Ramazan bayramı iki dəfə qeyd OLUNACAQ

Hazırda oxunan: 2030-cu ildə Ramazan bayramı iki dəfə qeyd OLUNACAQ

238020

2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, həmin il Ramazan bayramı iki dəfə – yanvar və dekabr aylarında qeyd olunacaq. Bunun əsas səbəbi hicri təqvimin günəş təqvimindən daha qısa olmasıdır.
 

Ay təqviminə əsaslanan hicri ili günəş ili ilə müqayisədə təxminən 10-11 gün daha qısadır. Nəticədə, Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə yaşanır. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral, ikinci Ramazan isə 26 dekabr - 24 yanvar 2031 tarixlərinə təsadüf edəcək. Bu o deməkdir ki, müsəlmanlar həmin il iki dəfə oruc tutacaq .


İslam tarixində bu hadisə nadir hallarda baş verir və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Din xadimləri bu vəziyyətin müsəlmanlar üçün sınaq və savab qazanmaq üçün böyük fürsət olduğunu bildirirlər.

İki dəfə oruc tutmaqla bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar bunu çətin sınaq kimi görsə də, bir çoxları üçün bu, mənəvi cəhətdən daha çox ibadət etmək imkanı yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO