Paytaxtda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin məhkəmə baxış iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
İttiham aktında qeyd edilib ki, İslam Hadıyev mərhum aktyoru son illər tanıyıb. Onların ilk tanışlığı yaşadıqları ərazidəki bazarda olub. Yaşlı cütlüyə əşyalarına görə bazarda yardım edən İslam bu yolla onlarla yaxın münasibət qurub.
O, bundan sonra İosif Zusyeviçin dəvəti ilə evlərində təmir bərpa işlərini aparmaq üçün dəvət edilib. Təmir zamanı o, evin saxlanc yerində sellofan torbada külli miqdarda pulun olduğunu görüb və həmin pulu özünə məxsus paltarların arasında gizlədib.
Mənzildə o, təmir işlərini bitirdikdən sonra pulu da götürərək oranı tərk edir. Bundan bir müddət sonra ev sahibi onunla əlaqə saxlayaraq evdən itən 50 000 manatın onun tərəfindən oğurladığını və həmin pulu geri qaytarmağını tələb edib. İosif hətta bunun müqabilində ona 1000 manatda verəcəyinə söz verib, əks təqdirdə polisə məlumat verəcəyi ilə hədələyir. İslam isə öz növbəsində puldan xəbərinin olmadığını deyib.
Təqsirləndirilən şəxs məhkəməyə sərbəst ifadəsi zamanı törətdiyi hadisəni şərh edib:
"Onun mənə zəng etməsindən bir neçə gün sonra yoldaşı Lyudmila ilə bazarda rastlaşdım. O, məni görüncə təhqir etməyə başladı və pulları qaytarmağımı tələb etdi. Mən onu sakitləşdirərək bu söhbəti gəlib evdə davam edəcəyimi bildirdim. Təmirdə istifadə etdiyim drel onlarda qaldığı üçün onu götürməyə getdim. İçəri daxil olan kimi İosif üstümə hücum çəkdi, məni təhqir etdi. Bundan sonra o, ütünü əlimə vuraraq bıçağa əl atmaq istədi. Bu zaman mən üzərimdəki bıçağı qaldıraraq onu qorxutmaq istədim. Bunu görən Lyudmila əlimdən tutaraq dartmaq istəyəndə bıçaq İosifin boğazını kəsdi".
Təqsirləndirilən ona elan olunmuş ittihama görə özünü qismən təqsirli bilərək daha sonra vurğulayıb ki, Lyudmila onun qolundan tutarkən təsadüfən bıçaq onun da boğazına sancılıb.
Dövlət ittihamçısı onun bu etiraflarını qeyri-səmimi hesab edərək onun istintaqa verdiyi ifadəsinin məhkəmədə elan edilməsini istəyib.
İslam Hadıyevin ittiham olunduğu maddələrin sanksiyasına görə onun ömürlük azadlıqdan məhrum edilə biləcəyini hakim ona xatırladıb.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Saat 21 radələrində 2 nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 06.03.2025
Əvvəlcə ər-arvadın pulunu oğurladı, sonra hər ikisinin BOĞAZINI KƏSDİ
Hazırda oxunan: Əvvəlcə ər-arvadın pulunu oğurladı, sonra hər ikisinin BOĞAZINI KƏSDİ
Hazırda oxunan: Əvvəlcə ər-arvadın pulunu oğurladı, sonra hər ikisinin BOĞAZINI KƏSDİ
238012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.