Natiq Mehdinin qətlinə görə direktor müavininə hansı cəza veriləcək?

Natiq Mehdinin qətlinə görə direktor müavininə hansı cəza veriləcək?

Hazırda oxunan: Natiq Mehdinin qətlinə görə direktor müavininə hansı cəza veriləcək?

237835

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan məktəb direktorunun müavini Elsevər İslamovun məhkəmə istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Elsevər İslamovun ittiham edildiyi maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin mayında Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib. Direktor müavini Natiq Mehdini əvvəlcə öldürüb, daha sonra bədənini hissələrə ayıraraq boş ərazidə basdırıb. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO