32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş - VİDEO

32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş - VİDEO

Hazırda oxunan: 32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş - VİDEO

237655

Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub.

Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da Qarabağda fəaliyyət göstərdiyi vaxt əldə edərək qeyri-qanuni olaraq özünə götürüb.

Araşdırmalar zamanı o da məlum olub ki, Salehin küçədə güllələyərək öldürdüyü Əhməd Nəsibov “TikTok” sosial şəbəkəsindən aktiv istifadə edibmiş. Onun bir neçə azyaşlıya qarşı qeyri-etik hərəkətlər və təkliflər etdiyi qeyd olunub.

Saleh Əliyev də qisas zəminində iş yerini tərk edərək Yevlaxa gedib və ictimai yerdə Əhmədi yaxalayaraq onun başından atəş açmaqla qətlə yetirib.

Şəki Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 120.2.4, 221 və 228-ci (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, xuliqanlıq, qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib. (“Qafqazinfo”).


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO