“Bank müflis olarsa, həmin əmanətlər geri qaytarılmır”

“Bank müflis olarsa, həmin əmanətlər geri qaytarılmır”

Hazırda oxunan: “Bank müflis olarsa, həmin əmanətlər geri qaytarılmır”

237569

“Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib. Nəinki illik depozit faizləri, hətta 3 aylıq faizlər belə 3.0 faizədək artıb”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, burada diqqəti çəkən əsas məqamlardan biri bankların depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif etmələridir:

“Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq. Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5 faizdir.
 

Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa da, hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5.0 faizə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni bank müflis olarsa, o əmanətlər geri qaytarılmır”.


“Bu arada, cəmi depoztilərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ayla müqayisədə 40 milyard 270 milyon manatdan, 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan, 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır.

Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa, o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO